Kəmaləddin Heydərov Salyanda vətəndaşları qəbul edəcək

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov oktyabrın 11-də Salyan şəhərində vətəndaşları qəbul edəcək.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin Muğan Regional Mərkəzinin binasında saat 10:00-dan başlayacaq görüşdə Salyan və Neftçala rayonları sakinlərinin qəbulu keçiriləcək.

Qəbula gələn vətəndaşların qeydiyyatı 10 oktyabr 2025-ci il tarixdə nazirliyin Muğan Regional Mərkəzinin binasında saat 09:00-da başlayacaq.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Digər xəbərlər