Kəlbəcərdə minik avtomobili aşıb, xəsarət alanlar var 

Kəlbəcər rayonunun Tirkeşəvənd kəndində avtomobili aşıb.

"Report"un Qərb bürosunun məlumatına görə, avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1993-cü il təvəllüdlü Tural Əliyev və 1982-ci il təvəllüdlü Ramiz Əmrahov müxtəlif bədən xəsarətləri alıblar.

Hər iki şəxs Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdiriliblər.

Onların vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Astarada zəlzələ olub 19 yanvar, 2026 / 23:26