Kəlbəcərdə maşın aşıb, ölən var

Kəlbəcərdə maşın aşıb, ölən var.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan "Report"un Qərb bürosuna bildirilib ki, Kəlbəcər Rayon Polis Şöbəsinə rayonun Yanşaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib.

İlkin araşdırmalar zamanı məlum olub ki, Kəlbəcər rayon sakini, 1969-cu il təvəllüdlü Adil Həsənov "Niva" markalı avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirərək dərəyə aşıb və nəticədə xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 10 sentyabr, 2026 / 10:41