Sabirabadda keçmiş qayınatasının evindən oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, əməliyyatı Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 17-də Çığırğan kəndindəki evlərin birindən 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən ev sahibinin keçmiş kürəkəni, Şirvan şəhər sakini X.Əhmədov saxlanılıb.