Sumqayıtda cinayət törədən şəxs saxlanılıb.
“Report”un xəbərinə görə, hadisə fevralın 15-i saat 2 radələrində şəhərin Metallurq küçəsində yerləşən “Metallurq kafe”sində qeydə alınıb.
Belə ki, 1966-cı il təvəllüdlü Elman Rüstəmov aralarında yaranmış mübahisə zamanı Sumqayıt sakini Zakir Allahverdiyevi bıçaqlayıb.
Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşları tərəfindən E.Rüstəmov şübhəli şəxs qismində tutulub.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aprılır.