İsmayıllıda yol qəzalarında iki piyada xəsarət alıb

İsmayıllı şəhərində piyadaların xəsarət alıması ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, “Lada Priora” markalı avtomobil yolu keçən piyadanı - 2008-ci il təvəllüdlü İslamov Nurlan Nəsimi oğlunu vurub.

Bundan əlavə, bu gün axşam saatlarında şəhər ərazisində yüksək sürətlə hərəkət edən naməlum avtomobil 1987-ci il təvəllüdlü Səmədova Mətanət Şakir qızını vurub. Sürücü hadisə yerindən qaçıb.

Hər iki yaralı İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktlarla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47