İsmayıllıda avtomobillər toqquşub, xəsarət alanlar var

İsmayıllıda xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, İsmayıllı şəhərində 10-HB-713 dövlət nömrə nişanlı "VAZ 2106" və 10-SV-279 dövlət nömrə nişanlı "VAZ 2109" markalı minik avtomobillərinin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.

Yaralılar İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Digər xəbərlər

Sarayda minik avtomobili yanıb 01 mart, 2026 / 19:58
Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26