İrandan Azərbaycana 25 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana 25 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətindən "Report"a verilən xəbərə görə, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində avqust ayının 5-də keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 17:15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 25 kiloqram 350 qram narkotik vasitə marixuananın və 1600 ədəd Metadon M-40 həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39