İmişlidə avtomobillər toqquşub, yaralanan var

İmişli rayonunda 25 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

"Report" xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1998-ci il təvəllüdlü Bəhramlı Kamran Fərahim oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona burun sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Ceyranbatanda mənzil yanır 09 oktyabr, 2026 / 17:23