İmişli rayonunun Qaralar kəndində üç qadının xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, "Hyundai" və "VAZ 2106" markalı avtomobilinin toqquşması nəticəsində xəsarət alan rayon sakinləri - 1996-cı il təvəllüdlü T.Ağayeva, Z.Ağayeva (2014) və M.Ağayeva (2019) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
Yaralılara bədənin müxtəlif nahiyələrinin travması, boyun fəqərəsinin arxa çıxıntısının yerdəyişmiş sınığı, dirsək nahiyyəsinin yarası, qapalı kəllə-beyin travması, sol diz və baldırın sıyrıqları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.
Vəziyyətləri orta ağır qiymətləndirilən pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.