İmişli sakini Bakıda dəm qazından boğulub

İmişli sakini bədbəxt hadisənin qurbanı olub.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Bakı şəhərində qeydə alınıb.

Belə ki, 26 yaşlı Məmiyev Ramazan Rafiq oğlu dəm qazının qurbanı olub.

Məlumata görə, mərhum Qazaxıstanda işləyirmiş. O, 10 gün öncə sənədlərini düzəltdirmək üçün Azərbaycana gəlibmiş.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Binədə qanunsuz tikili sökülüb 28 yanvar, 2026 / 12:38