İmişli rayonunda avtomobil və velosipedin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində bir nəfər ölüb.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Hacıqabul-Horadiz-Mincivan avtomobil yolunun rayonun Qaragüvəndikli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, kənd sakini 2005-ci il təvəllüdlü Gülmalıyev İsmayıl Ağabala oğlu velosipedlə hərəkətdə olarkən “KİA” markalı avtomobillə toqquşub.
Qəza nəticəsində velosipedçi aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.