Azərbaycanda baş verən cinayətlərin sayında azalma müşahidə olunur.
"Report" xəbər verir ki, bunu Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Ceyhun Kazımov Baş Prokurorluğun sosial şəbəkəsində keçirilən canlı yayımda deyib.
O bildirib ki, ötən ilin eyni dövrü ilə müqayidə cinayətlərın sayında 20-30 faiz azalma var:
"Bu həmçinin ümumi yol qəzalarında, həmçinin ölümlə nəticələnən qəzaların sayında da müşahidə olunur".