İtkin düşən ruhi xəstənin meyiti tapılıb

Bakı. 20 noyabr. REPORT.AZ/ Füzuli rayonunda itkin düşən ruhi xəstənin meyiti su kanalından tapılıb. "Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, noyabrın 21-də Füzuli rayonunda yaşayan ruhi xəstə Arzu Məmmədovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti Böyük Bəhmənli kəndinin ərazisindən keçən su kanalında aşkar olunub.

O, noyabrın 18-də itkin düşüb.

Faktla bağlı araşdırmalar aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47