Bakı. 9 dekabr. REPORT.AZ/ İtkin düşən Lənkəran şəhər sakininin meyiti tapılıb. "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, dekabrın 8-də Lənkəran rayonunun Veravul kəndindən keçən su kanalında noyabrın 23-dən itkin düşən Vilvan kənd sakini Əlizamin Hüseynovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.
Araşdırmalar aparılır.