İrandan gələn şəxsin üzərindən marixuana aşkar edilib

Bakı. 24 avqust. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı saxlanılaraq üzərində şəxsi yoxlama aparılıb. Bu barədə “Report”a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

Yoxlama zamanı həmin şəxsin üzərində gömrük nəzarətindən gizlədilmiş 1 ədəd bükümdə, xalis çəkisi 0,52 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47