İrandan Azərbaycana narkotik vasitə keçirmək istəyən şəxs saxlanılıb

Bakı. 12 mart. REPORT.AZ/ Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan gələn Azərbaycan vətəndaşının düz bağırsağından həşiş aşkar edilib. Bu barədə “Report”a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Çəkisi 2,71 qram olan narkotik vasitə - həşiş qətranı Azərbaycan vətəndaşı İlqar Gülməmmədovun üzərində şəxsi yoxlama zamanı aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47