​İrandan Azərbaycana gələn qadının üzərində heroin aşkarlanıb

Bakı. 3 aprel. REPORT.AZ/ Astara Gömrük İdarəsinin sərnişin şöbəsində Azərbaycan vətəndaşının üzərində 175,308 qram narkotik vasitə - heroin aşkar olunub. Bu barədə "Report"a Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, narkotik maddə İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Könül Məmmədovanın üzərində 4 ədəd bağlamada aşkar olunub.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47