İqtisad Universitetinin tələbəsi bıçaqlanıb

Bakı. 5 oktyabr. REPORT.AZ/ Bakıda universitet tələbəsi bıçaqlanıb.

“Report”un xəbərinə görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Məlumata görə, Dərnəgül qəsəbəsi A.Gəraybəyli küçəsi 25-də yerləşən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 2 saylı yataqxanasında yaşayan Sənan Quliyev döş nahiyəsindən bıçaq xəsarəti alıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

S.Quliyevi kimin bıçaqladığı hələlik məlum deyil.

Faktla bağlı araşdırma davam etdirilir.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39