“İnterpol” xətti ilə axtarışda olan Böyük Britaniya vətəndaşı Bakıda tutulub

Pakistan Cinayət Məcəlləsinin 109-cu (qətl) maddəsi üzrə “İnterpol” xətti ilə beynəlxalq axtarışda olan Böyük Britaniya vətəndaşı Bəşir Nədim Bakıda tutulub.

“Report” xəbər verir ki, B.Nədim London-Bakı aviareysi ilə Azərbaycana gələn zaman Heydər Əliyev Hava Limanında saxlanılıb.

Onun Pakistana ekstradisiya ediləcəyi gözlənilir.

Digər xəbərlər

Daşkəsəndə yol çöküb 30 mart, 2026 / 11:46
Sumqayıtda mebel sexi yanıb 30 mart, 2026 / 10:50