İmişlidə yol qəzasında iki nəfər xəsarət aldı

İmişli rayonunun Çahar kəndində yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Mil-Muğan bürosunun məlumatına görə, "QAZel" markalı yük maşını ilə "Mercedes" markalı minik avtomobili toqquşub. 

Qəza nəticəsində İmişli rayon sakinləri - 1989-cu il təvəllüdlü Eyvazov Elməddin Vahid oğlu və 1991-ci il təvəllüdlü Xankişiyev Nizami Teyyub oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Saatlı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xırdalanda restoran yanıb 04 sentyabr, 2026 / 09:37