İmişlidə motosiklet avtomobillə toqquşub: xəsarət alan var

İmişli. 5 fevral. REPORT.AZ/ İmişli rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Cavadxanlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini, 31 yaşlı Xalid Böyükağa oğlu Ağayev idarə etdiyi motosikletlə hərəkətdə olarkən minik avtomobili ilə toqquşub. Nəticədə o, müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

X.Ağayev İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47