İmişlidə sürücü avtomobil tərəfindən vuruldu

İmişli rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

"Report"un Mil-Muğan bürosunun məlumatına görə, hadisə saat 16 radələrində İmişli-Otuziki avtomobil yolunun Otuziki kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, 1991-ci il təvəllüdlü Əliyev Şöhrət Ənvər oğlu idarə etdiyi yük maşınını yolun kənarında saxlayıb düşən zaman hərəkətdə olan digər avtomobil tərəfindən vurulub.

Nəticədə o müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisəni törədən avtomobilin sürücüsü isə qaçıb.

Yaralı Saatlı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda qəza törədən avtomobilin axtarışları davam etdirilir.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47