İki kişi Bakı sakinini qətlə yetirib

Bakı. 15 noyabr. REPORT.AZ/ Bakıda qətl hadisəsi törədilib.

"Report"un xəbərinə görə, hadisə Suraxanı rayonunda baş verib.

Bakı şəhər sakini Zakir Məmmədov bıçaqlanaraq öldürülüb.

Hadisəni törədən Şəki rayon sakinləri Mehman Qarayev və Pərviz Məmmədov tutulub.

Faktla bağlı cinayət işi başlanılıb.

Digər xəbərlər

Xırdalanda restoran yanıb 04 sentyabr, 2026 / 09:37