İki Azərbaycan vətəndaşı Ukraynada dövlət sərhədini pozduğuna görə saxlanılıb - FOTO

Bakı. 16 aprel. REPORT.AZ/ Ukrayna sərhədçiləri dövlət sərhədini pozduğuna görə iki Azərbaycan vətəndaşını saxlayıb.

Bu barədə "Report" "RBK-Ukrayna"ya istinadən xəbər verir.

Ukrayna Dövlət Sərhəd Xidmətinin məlumatında azərbaycanlıların Ukrayna-Rusiya sərhədini piyada qanunsuz keçməyə çalışdıqları vurğulanıb.

Hazırda dövlət sərhədini qanunsuz şəkildə keçməyə cəhdə görə 60 və 57 yaşlı azərbaycanlılara qarşı inzibati materiallar tərtib edilib.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14