Hövsanda fəhlə tikintidə yıxılaraq ayağını qırıb

Bakının Suraxanı rayonunda fəhlə yıxılaraq xəsarət alıb.

"Report" xəbər verir ki, 1978-ci il təvəllüdlü Səlimov Əliyar Alim oğlu Hövsan qəsəbəsində fəhlə kimi işlədiyi tikinti gedən ərazidə yıxılıb.

O, sağ ayağın sınığı və sol dirsəyin siyrilməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Ramin Şahbazov

Digər xəbərlər

Lənkəranda dördotaqlı ev yanıb 05 fevral, 2026 / 13:21