Hövsanda 9 yaşlı uşağı avtomobil vurub

Suraxanı rayonunun Hövsan qəsəbəsində uşağın yaralanması ilə nəticələnən yol qəzası baş verib.

“Report” xəbər verir ki, avtomobil yolu keçən 2014-cü il təvəllüdlü Məhərrəmzadə R.E.-ni vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyinin əzilməsi diaqnozu qoyulub. Pasiyent reanimasiyaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər