Bakıda hamamda yıxılan 86 yaşlı qadın ölüb

Bakıda 86 yaşlı qadın evinin hamamında yıxılaraq ölüb.

"Report" xəbər verir ki, Nərimanov rayonu ərazisində 1939-cu il təvəllüdlü Sevil Cəbrayıl qızı Hüseynova yaşadığı Hidayətzadə küçəsi ev 37 mənzil 21-in hamam otağında yıxılaraq kəllə-beyin travması alıb. Xəstəxanaya yerləşdirilən qadın orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər