Ağstafada yanğın zamanı xəsarət alan qadın ölüb - YENİLƏNİB

Ağstafa. 20 yanvar. REPORT.AZ/ Ağstafa rayonunda yaşayış binasında baş vermiş yanğın zamanı xəsarət alan qadın dünyasını dəyişib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Poylu kəndində qeydə alınıb.

Üç ailənin yaşadığı 1 mərtəbəli binada baş vermiş yanğın zamanı xəsarət alan 1960-cı il təvəllüdlü Natalya Əhmədəliyeva Bakı şəhərində yerləşən xəstəxanaların birinə aparılan zaman yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.


***13:31

Ağstafa. 20 yanvar. REPORT.AZ/ Ağstafa rayonunda yaşayış binasında xəsarətlə nəticələnən yanğın olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Poylu kəndində, 3 ailənin yaşadığı birmərtəbəli binada qeydə alınıb.

Hadisə zamanı 2 nəfər, 1960-cı il təvəllüdlü Nataliya Əhmədəliyeva və onun qonşusu, 1969-cu il təvəllüdlü Azər Mirzəyev müxtəlif yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. N.Əhmədəliyevanın vəziyyəti ağır olduğundan o, Bakı şəhərində yerləşən xəstəxanaların birinə göndəriləcək.

Yanğının başvermə səbəbi araşdırılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 10 sentyabr, 2026 / 10:41