Hacıqabulda zəncirvari qəza olub, xəsarət alanlar var

Hacıqabulda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosunun məluatına görə, hadisə axşam saatlarında Bakı-Qazax magistral yolunun rayonun Atbulaq kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Lada”, “Hyundai” və “Mercedes” markalı avtomobillər zəncirvari qəzaya uğrayıb.

Qəza zamanı Ağdam rayon sakini, 1997-ci il təvəllüdlü Həsənov Zaur Kərəm oğlu, İmişli rayon sakini, 1998-ci il təvəllüdlü Göyüşzadə Kənan Əjdər oğlu və şəxsiyyəti məlum olmayan daha iki nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Cəlilabadda avtomobil yanıb 07 sentyabr, 2026 / 11:33