​Hacıqabulda yolu keçən Şirvan sakinini maşın vurub

Bakı. 2 aprel. REPORT.AZ/ Hacıqabul şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un xəbərinə görə, aprelin 1-də saat 23:00 radələrində Hacıqabul şəhərində müəyyən edilməyən avtomobillə yolu keçən Şirvan şəhər sakini İlham Əmənov vurulub və o, hadisə yerində ölüb.

Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsi (RPŞ) tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47