Hacıqabulda yol qəzasında 4 nəfər xəsarət alıb

Hacıqabulda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayonun Nəvahi kəndi ərazisindən keçən hissəsində qeydə alıınıb.

Hadisə nəticəsində Salyan rayon sakinləri, 1984-cü il təvəllüdlü Quliyeva Əsmər Sərdar qızı, 2007-ci il təvəllüdlü Quliyev İbadət Elşən oğlu, 2019-cu il təvəllüdlü Quliyev Uğur Elşən oğlu və 2008-ci il təvəllüdlü Hacıbalıyeva Aytəkin Saleh qızı müxtəlif dərəcəli xəsarətlər alıb.

Onlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47