Hacıqabulda yol qəzası olub, xəsarət alanlar var.
“Report”un məlumatına görə, hadisə zamanı Şəki rayon sakinləri, 1966-cı il təvəllüdlü Paşayev Vasif Qədir oğlu və onun həyat yoldaşı 1974-cü il təvəllüdlü Paşayeva Ədilə Rasim qızı müxtəlif dərəcəli xəsarətlər alıb.
Hər ikisi Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.