Hacıqabulda yol qəzası olub, xəsarət alanlar var

Hacıqabulda yol qəzası baş verib, xəsarət alanlar var.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Jiquli" markalı avtomobillə digər minik maşını toqquşub.

İlkin məlumata görə, qəza nəticəsində 4 nəfər - Saatlı rayon sakinləri, 1973-cü il təvəllüdlü Kərimova Arzu İdris qızı, 2018-ci il təvəllüdlü Vəlizadə Zeynəb Vəli qızı, 2011-ci il təvəllüdlü Ağamalıyev Adəm Rafiq oğlu və Hacıqabul rayon sakini, 1984-cü il təvəllüdlü İsgəndərov Pərviz Ramiz oğlu yaralanıb.

Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47