Hacıqabulda yol qəzası baş verib, xəsarət alanlar var

Hacıqabul. 19 noyabr. REPORT.AZ/ Hacıqabul rayonunda yol qəzası baş verib.

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Padarçöl kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, 99 XV 888 dövlət nömrə nişanlı "Dodge" markalı minik avtomobili "KamAZ" markalı yük avtomobilinə çırpılıb. Nəticədə 2 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Avtomobildə olan sərnişin, 1964-cü il təvəllüdlü Aybəniz Ağalar qızı Bayramova Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hələlik adı açıqlanmayan sürücü isə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına aparılıb. 

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Qubada zəlzələ olub 09 dekabr, 2025 / 22:49