Hacıqabulda avtomobillər toqquşdu, xəsarət alan var

Hacıqabul rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

“Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax yolunun rayonun Padar-Çöl kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı minik maşını Gəncə istiqamətində hərəkətdə olarkən arxadan gələn eyni markalı avtomobil ona çırpılıb. Hadisə nəticəsində bir nəfər - Yevlax rayon sakini, 24 yaşlı Yunusov Arzuman Musa oğlu müxtəlif xəsarətlər alıb. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Qazaxda avtomobil aşıb, ölən var 29 dekabr, 2025 / 12:19