Güclü yağış Bakı-Şamaxı yolunda avtomobillərin hərəkətində maneə yaradıb

Güclü yağış səbəbindən gələn sel Bakı-Şamaxı-Yevlax yolunun 78-ci kilometrliyində avtomobillərin hərəkətində müəyyən maneə yaradıb.

Bu barədə "Report"a DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib.

Əraziyə polis və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Yol daş və qumdan təmizləndikdən sonra hərəkətin axını əvvəlki qaydada bərpa edilib.

Digər xəbərlər