Oğuz rayonunda güclü küləyin aşırdığı iri gövdəli ağaclar elektrik və təbii qaz təsərrüfatına ziyan vurub.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Bayan kəndində baş verib.
Belə ki, güclü külək nəticəsində iri gövdəli ağaclar kökündən çıxararaq elektrik və rabitə xəttlərini qırıb, qaz xəttini zədələyib.
Nəticədə 2 100 nəfər sakini olan kəndin elektrik enerjisi və təbii qazı kəsilib. Hazırda aidiyyatı qurumlar tərəfindən fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.