Bakı. 1 sentyabr. REPORT.AZ/ Gözətçi kişini hamamda çimərkən elektrik cərəyanı vurub.
"Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.
Belə ki, Sabunçu rayonunun Nardaran qəsəbəsindəki bağ evlərindən birində gözətçi işləyən Masallı rayon sakini Sədaqət Tağıyev hamamda çimərkən elektrik cərəyanı vurması nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.