Göygöldə yol qəzası olub, ölən və yaralananlar var

Göygöl rayonunda ölümlə və xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. 

Yeni Qızılca kəndində "Ford" markalı yük maşını yol kənarında dayanmış "Zil" markalı yük maşınına çırpılıb. Hadisə nəticəsində 1984-cü il təvəllüdlü Orucova Aidə Telman qızı ölüb, həmçinin 2013-cü il təvəllüdlü Orucova Fatimə Natiq qızı və 1983-cü il təvəllüdlü Orucova Sudabə Lətif qızı xəsarət alıblar.

Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47