Göygöldə yol qəzasında ölən şəxsin kimliyi məlum olub

Göygöldə yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən şəxsin kimliyi məlum olub. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, ölən şəxs rayonun Balçılı kənd sakini, 1971-ci il təvəllüdlü Q.Qurbanovdur.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək kİ, yol qəzası Bakı-Qazax avtomobil yolunun Göygöl rayon ərazisindən keçən hissəsində qeydə alınıb. "VAZ" markalı avtomobilin qəzaya düşməsi nəticəsində sürücü hadisə yerində dünyasını dəyişib.

21:20

Göygöldə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Göygöl rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

"VAZ" markalı avtomobilin qəzaya düşməsi nəticəsində sürücü hadisə yerində dünyasını dəyişib.

Onun şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47