Göygöldə minik avtomobili mikroavtobusla toqquşub, xəsarət alanlar var 

Göygöl rayonunda "VAZ-2106" markalı avtomobillə "Ford" markalı mikroavtobus toqquşub, xəsarət alanlar var.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Göygöl şəhər ərazisində qeydə alınıb.

Avtomobil qəzası zamanı "VAZ-2106" markalı avtomobildə olan, 1998-ci il təvəllüdlü E.Əhmədov və onun həmyaşıdı E.Məmmədov xəsarət alıb.

Hər ikisi xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, mikroavtobusda sərnişin olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14