Göygöldə başına avtomobilin dəmir parçası düşən usta ölüb

Göygöl. 5 oktyabr. REPORT.AZ/ Göygöl rayonunda başından aldığı zərbədən xəstəxanaya yerləşdirilən usta orada dünyasını dəyişib.

“Report”un Qərb bürosunun verdiyi məlumata görə, Balçılı kəndində rayon sakini İlham Həsənov “MAZ” markalı avtomobilinin təkərini təmir edərkən, təkərdən çıxan dəmir parçası baş nahiyəsinə dəyib. Xəstəxanaya yerləşdirilən İ.Həsənov orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47