Göygöldə ayı kəndə hücum edib

Göygöl rayonunun bir sıra kəndləri ayı hücumuna məruz qalıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Göygöl rayonu Toğanalı kəndində ayı insanların yaşadığı evlərin həyətinə daxil olub.

Toğanalı kəndinə istirahətə gedən Rövşən Əmiraslanoğlu "Report"un əməkdaşına gecə saatlarında həyətdə səs eşitdiyini bildirib.

O, həyətə çıxan zaman ayının çəpəri dağıdaraq həyətə daxil olduğunu görüb:

"Mən təxminən 4-5 metr ondan aralıda idim. Əl fənərinin işığını ayıya tərəf tutdum. Xoşbəxtlikdən ayı mənə hücum etmədi. Hardasa, on saniyədən çox ayı işığa doğru baxdı və sonra qonşunun həyətinə tərəf qaçdı”.

Qeyd edək ki, son bir neçə ayda Göygöl rayonunun bəzi kəndləri ayı hücumuna məruz qalıb. Sakinlər ac ayının onlara xəsarət yetirəcəyindən ehtiyat edirlər.

Digər xəbərlər

Xaçmaz rayonunda zəlzələ olub 05 iyul, 2026 / 09:05
Masazırda maşın yanıb 04 iyul, 2026 / 14:30
İmişlidə zəlzələ olub 04 iyul, 2026 / 13:48