Göygöldə avtomobilin vurduğu piyada ölüb

Göygöl rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Üçtəpə kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü Xatirə Məmmədovanı avtomobil vurub. O aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Yevlaxda beşotaqlı ev yanıb 20 yanvar, 2026 / 12:21
Astarada zəlzələ olub 19 yanvar, 2026 / 23:26