Göygöl rayonunun Yalqışlaq kəndində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un Qərb bürosunun məlumatına görə, iki minik avtomobilinin toqquşması nəticəsində, 1963-cü il təvəllüdlü Ş.Muradov və 1986-cı il təvəllüdlü E.Vəliyev xəsarət alıb.
Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.