Göygöldə avtomobil aşıb, ölən və xəsarət alanlar var 

Göygöl rayonunda avtomobil aşıb, ölən və xəsarət alanlar var.

"Report"un Qərb bürosunun məlumatına görə, "VAZ-21021" markalı minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində 1997-ci il təvəllüdlü Haxoy Hacıyev aldığı xəsarətdən dünyasını dəyişib.

Daha iki nəfər - 1982-ci il təvəllüdlü Rövşən Rəhimov və 1992-ci il təvəllüdlü Orxan Nəcəfov xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Astarada avtomobil aşıb, ölən var 06 oktyabr, 2026 / 00:33
Bakıda məktəbli bıçaqlanıb 05 oktyabr, 2026 / 17:29