Göygöldə 68 yaşlı kişiyə oğlu və gəlini tərəfindən ağır xəsarət yetirilib

Göygöl rayonunda yaşlı kişiyə yaxınları tərəfindən ağır xəsarət yetirilib.

"Report"un Qərb bürosunun məlumatına görə, 1954-cü il təvəllüdlü M.Hüseynov baş nahiyəsindən kəsici xəsarətlər alaraq ağır halda xəstəxanaya yerləşdirilib.

M.Hüseynovun dediyinə görə, ona ailə münaqişəsi zəminində oğlu və gəlini xəsarət yetirib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər

Sumqayıtda yol çöküb 13 noyabr, 2026 / 19:13