Göygöldə 29 yaşlı gənc bıçaqlanıb

Göygöl. 2 sentyabr. REPORT.AZ/ Göygöldə 29 yaşlı gənc bıçaqlanıb.

Göygöl Rayon Polis Şöbəsindən “Report”un Qərb bürosuna verilən məlumata görə, hadisə axşam saatlarında baş verib. Gəncə şəhər sakini, 1987-ci il təvəllüdlü Ramal İsgəndərov hələlik səbəbi bilinməyən mübahisə zamanı bıçaqlanıb.

Döş qəfəsindən 1 bıçaq zərbəsi almış gənc yaxınlıqdakıların köməyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.

Onun vəziyyətinin ağır olduğu bildirilir.Hazırda Göygöl rayon polisi mübahisənin səbəbini və cinayətin kim tərəfindən törədildiyini araşdırır.

Digər xəbərlər

Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45
DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48