Göygöldə 2 avtomobil toqquşub, xəsarət alanlar var

Göygöl rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb mərkəzinin məlumatına görə, hadisə Yeni Qızılca kəndində qeydə alınıb.

İki "VAZ" markalı avtomobilin toqquşması nəticəsində 1992-ci il təvəllüdlü Hüseyn Həsənov və 1996-cı il təvəllüdlü Vüqar Əhmədov xəsarət alıblar. Hər iki şəxsə hadisə yerindəcə ambulator yardım göstərilib.

Qəzanın başvermə səbəbləri Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47